Azərbaycanda iki yeni medal təsis ediləcək

Azərbaycanda iki yeni medal təsis ediləcək

Hazırda oxunan: Azərbaycanda iki yeni medal təsis ediləcək

110604

Azərbaycanda daha iki medal təsis olunacaq.

Bizim.Media xəbər verir ki, parlamentin dekabrın 20-də keçirilən iclasının gündəliyinə bununla bağlı qanun layihəsi daxil edilib.

Qanun layihəsinə əsasən, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna iki yeni medalın – “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” medalının əlavə edilməsi nəzərdə tutulub.

Qanun layihəsində həmin medalların Əsasnamələri təsdiq edilir və bu medalların təsviri və elementləri əks olunur.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq təsdiqlənib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO