Şahdağ və Ləzədə 8 dərəcə şaxta - VİDEO

Şahdağ və Ləzədə 8 dərəcə şaxta - VİDEO

Hazırda oxunan: Şahdağ və Ləzədə 8 dərəcə şaxta - VİDEO

110536

Gecə saatlarından başlayaraq şimal bölgəsində də hava dəyişib.

Quba və Qusar rayonlarında qar yağmağa başlayıb. Qar hələlik dağ kəndlərinə 2-3 sm yağsa da, bu gecə və səhər şaxtalı hava müşahidə edilib.

Quba ərazi hidrometeorologiya müəssisəsindən Bizim.Media-nın əldə etdiyi məlumata görə, Qrız kəndində -7,5  dərəcə şaxta qeydə alınıb.

Qusarın Ləzə kənd sakinlərinin verdiyi məlumata görə, hazırda kənddə və "Şahdağ" Turizm Mərkəzində 8 dərəcə şaxta qeydə  alınıb.

Hazırda həmin bölgədə və digər istiqamətlərdə qar yağması davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO