Şəkidə əlverişsiz hava DƏHŞƏTLİ QƏZAYA səbəb oldu – 2 azyaşlı öldü, 6 yaralı var 

Şəkidə əlverişsiz hava DƏHŞƏTLİ QƏZAYA səbəb oldu – 2 azyaşlı öldü, 6 yaralı var 

Hazırda oxunan: Şəkidə əlverişsiz hava DƏHŞƏTLİ QƏZAYA səbəb oldu – 2 azyaşlı öldü, 6 yaralı var 

110500

Axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində iki azyaşlı hadisə yerində ölüb, daha altı nəfər müxtəlif bədən xəsarəti alıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən yolun hədsiz çiskin-duman olması səbəbindən qarşısına çıxan inəyi görmədiyindən vurub.  

Nəticədə avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çökəkliyə aşıb. Qəzadan sonra avtomobildə olan iki azyaşlı - 3-cü sinif şagirdi 9 yaşlı Çiçək Əhmədova və məktəbəqədər hazırlıq qrupuna gedən 6 yaşlı Elşad Həşimov hadisə yerindəcə keçinib.  
Həmçinin avtomobildə olan daha 6 nəfər Şəki rayon mərkəzi xəstəxanasına yerləşdirilib.  
Xəstəxanadan Bizim.Media-ya bildirilib ki, yaralılardan bir nəfər qadının vəziyyəti hadisə zamanı çoxlu qan itirdiyindən ağır olaraq qalır. Digər yaralılara ilkin tibbi yardım göstərilir, vəziyyətləri qismən sabitləşib.  

Faktla bağlı araşdırma aparılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO