Dostunu qətlə yetirib basdıran qatil həbsdə öldü

Dostunu qətlə yetirib basdıran qatil həbsdə öldü

Hazırda oxunan: Dostunu qətlə yetirib basdıran qatil həbsdə öldü

110383

Bakıda daha bir məhkum həbsdə ölüb. 

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 

Adam öldürmə cinayətinə görə azadlıqdan məhrum edilən Ziyəddin Seyidov həbsxanada vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, məlum qətl hadisəsi 2020-ci il iyunun 16-da qeydə alınıb. İtkin düşən Bakı şəhər sakini Nazim Musayevin dostu Ziyəddin Seyidov tərəfindən öldürüldüyü müəyyən edilib.
Z.Seyidov dostunu öldürdükdən sonra izi itirmək üçün onun meyitini basdırıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO