Qaxda sürət həddini aşan avtomobil beton maneəyə çırpıldı - FOTO

Qaxda sürət həddini aşan avtomobil beton maneəyə çırpıldı - FOTO

Hazırda oxunan: Qaxda sürət həddini aşan avtomobil beton maneəyə çırpıldı - FOTO

110326

Bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun Qax şəhərinə giriş hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın məlumatına əsasən 10-BZ-075 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən Qax şəhərinin girişində quraşdırılan beton maneəyə çırpılıb. 

Nəticədə avtomobilin sürücü və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Bizim.Media-ya bildirilib ki, yaralılar daxil olarkən vəziyyəti orta-ağır olub. İlkin tibbi müayindən sonra onların vəziyyəti qənaətbəxşdir

Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu



Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO