Salyanda yol qəzası: Xəsarət alanlar var

Salyanda yol qəzası: Xəsarət alanlar var

Hazırda oxunan: Salyanda yol qəzası: Xəsarət alanlar var

110301

Salyan rayonu ərazisində baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Həsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Elşən Nurəddin oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb.

İnəyi vurmaqdan yayınan sürücü avtomobili yolun kənarına yonəldib. Bu zaman qarşıdan gələn “QAZ-31” markalı avtomobilə çırpılaraq kollektora düşüb.

Qəza nəticəsində sürücü və daha bir sərnişin xəsarət alıb.

Sərnişin xəsarəti yüngül olduğundan tibbi yardımdan imtina edib, sürücü isə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO