Prokurorluq Sumqayıtdakı qətllə bağlı MƏLUMAT YAYDI 

Prokurorluq Sumqayıtdakı qətllə bağlı MƏLUMAT YAYDI 

Hazırda oxunan: Prokurorluq Sumqayıtdakı qətllə bağlı MƏLUMAT YAYDI 

110173

Prokurorluq Corat qəsəbəsində baş verən qətl barədə məlumat yayıb.

Sumqayıt şəhər prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda iş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO