Xəbər verildiyi kimi Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunaraq xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov isə Oruc Zalovun yerinə təyinat alıb.
MÖVZU İLƏ BAĞLI:
Oruc Zalov təqaüdə göndərildi - DİN rəhbərinə yeni müavin təyin olundu
General-mayor Oqtay Əsgər oğlu Kərimov yeni təyinata qədər Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, ondan əvvəl isə sözügedən idarəsinin rəis müavini kimi çalışıb.
2015-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Oqtay Kərimov Daxili İşlər Nazirliyi Daxili Qoşunların Qərargah rəisinin 1-ci müavini vəzifəsinə təyin edilib.
2017-ci ildə isə ölkə başçısının digər sərəncamı ilə Oqtay Kərimova polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Əlavə olaraq qeyd edək ki, Oqtay Kərimov 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2018-ci ildə isə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Alçina Amilqızı, Bizim.Media