Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlandı

Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlandı

Hazırda oxunan: Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlandı

110124

Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Şuşa, Kəlbəcər və Laçında dekabrın 17-də hava şəraitinin gün ərzində arabir az yağıntılı olacağı, axşam isə əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. 

Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 3 dərəcəyədək şaxta olacaq. 

Dekabrın 18-də hava şəraitinin yağmursuz keçəcəyi, səhər və axşam arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. 

Dekabrın 19-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.

Zəif şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO