Şəki Xan sarayının divarına həkk olunan döyüş səhnəsi hansı tarixi hadisədən qaynaqlanır? - FOTO 

Şəki Xan sarayının divarına həkk olunan döyüş səhnəsi hansı tarixi hadisədən qaynaqlanır? - FOTO 

Hazırda oxunan: Şəki Xan sarayının divarına həkk olunan döyüş səhnəsi hansı tarixi hadisədən qaynaqlanır? - FOTO 

110112

Baxıb keçməyək, öyrənək və anladaq. Tariximizdə şanlı səhifələr çox olub. Haqqında söhbət açacağımız döyüş səhnəsi də onların önündə gedən bir şanlı tarixdir.   

Tarixin bu qaranlıq, lakin şanlı səhifəsi haqda danışmaq, məlumat almaq məqsədi ilə

Bizim.Media-nın əməkdaşı, “Yuxarı Baş” memarlıq qoruğunun bələdçisi Zəminə Rəsulova ilə həmsöhbət olub.  

Tarixi mənbələrə istinad edən Zəminə Rəsulova bildirib ki, Şuşanı mühasirədə saxlasa da, uğur qazana bilməyən Məhəmməd Həsən xan Qacar Qarabağdan geri çəkildikdən sonra Pənah xan Qarabağlı, Kərim xan Qaradağlı, Heydərqulu xan Naxçıvanlı və Şahverdi xan Gəncəli bir araya gələrək, Şəki xanı Hacı Çələbinin hərəkətlərini müzakirə edirlər. Muşavirədə deyilir ki, Hacı Çələbi onları saymır və onlarla "sülh və dostluq yoluna gəlmir".

Onlar Hacı Çələbi ilə mübarizəyə başlamaq qərarına gəlir və bu qərarlarını gürcü çarına da çatdırırlar. Çar onları danışığa dəvət edir və... 

Danışıqlara gəlmiş bu dörd xanı 1752-ci ildə Gəncə yaxınlığında gürcü çarı Teymuraz və onun oğlu İrakli Gəncəni və Qarabağı tutmaq niyyəti ilə əsir götürürlər. Şahverdi xan Qacarın xidmətçilərindən biri (başqa bir versiyaya görə, Pənah xanın oğlu İbrahim Xəlil xan-red) baş verən hadisəni Hacı Çələbiyə xəbər göndərməyə imkan tapır. Hacı möhtəşəm bir ordu ilə müttəfiq qoşunlarının qarşısına çıxaraq, Kürün o biri sahilində qərar tutur. 

Hacı Çələbi əsir düşmüş xanları xilas etmək istəyir. Ancaq bilir ki, əsas sözü onun əmirləri söyləyəcək.

Buna görə də müşavirəni açmamışdan əvvəl Hacı Çələbi sonradan zərb-məsələ çevrilmiş bu sözləri söyləyir: 

"Siz hansı qərarı alırsınız-alın, Kürü keçmək söhbəti orada mütləq olmalıdır. 
Məliklər müşavirəyə başlamaq istəməyib deyirlər: "Biz müşavirəyə ancaq ona görə gəlmişdik ki, iş Kürü keçmək dərəcəsinə çatmasın. Ancaq əgər istəyirsinizsə, qoy belə olsun. Qoşuna əmr edin ki, hücuma keçsin". 

Və beləcə Hacı Çələbi qoşunlara Kürü keçmək əmri verir.  

Bəs iki qoşun bilirsinizmi harada üz üzə gəlir? - deyə sual edən Zəminə Rəsulova fikirlərini belə davam edir. 

"Şeyx Nizami əleyhissəlamın müqəddəs məqbərəsi yaxınlığında, o yerdə ki, aləmə insanların qəlbini və əqlini işıqlandıran ilahi nur yayılır, iki qoşun üz-üzə gəlir və döyüş başlanır. Gürcü qoşunları ağır bir məğlubiyyətə uğrayırlar. II İrakli qaçıb canını güclə qurtarır. Çələbi xan gürcüləri düz Tiflisə qədər qovur və oğlu Ağakişi bəyi azad edilmiş bütün ərazilərin - Gəncə, Qazax və Borçalının hakimi təyin edir”.  

Məhz xan sarayının daxili divarında həkk olunan bu rəsmlər həmin tarixi hadisəni əks etdirir. 

Müsahibimiz tarixi mənbələrə istinadən onu da əlavə edir ki, Hacı Çələbi xan gürcülərin qurduğu tələyə düşən, oyunda uduzan və əsir götürülən Məhəmməd Həsən xan Qacarı, Pənah xan Qarabağlını, Kərim xan Qaradağlını, Heydərqulu xan Naxçıvanlı və Şahverdi xan Gəncəlini azad edərək salamsız-kəlamsız öz el-obalarına göndərir.  

Azadlğa çıxan xanlar Çələbi xana üzrxahlıq etmək istəsələr də, Hacı razı olmur, istəmir ki, qarşısında şəxsiyyətləri alçalsın.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO