DİN və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

DİN və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

Hazırda oxunan: DİN və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var

109941

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib, saxlanılan var. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, keçirilən əməliyyat tədbiri nəticəsində çəkisi 9 kiloqramdan artıq narkotik vasitə və 3800 ədəd yüksək təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb. 
Belə ki, Salyan rayonu ərazisində keçirilən tədbir nəticəsində saxlanılan Sabirabad rayon sakini Rabil Əzimzadədən 28 qramdan artıq heroin aşkar olunub.

Onun idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 3 kiloqram 65 qram marixuana, 3 kiloqram 905 qram tiryək, 2 kiloqram 115 qram heroin və 3800 ədəd metadon həbi aşkar olunaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO