Ötən gün Bizim.Media “Bir uzunqulağa görə sosial yardımdan məhrum oldu – Tərtərdə LƏTİFƏ KİMİ HADİSƏ” başlıqlı yazı dərc edilmişdi. Yazıda qeyd edilirdi ki, Tərtər rayonu Bəyimsarov kənd sakini İntiqam Bəhramov iddia edir ki, onun bir uzunqulağı olduğuna görə ƏƏSMN ona ünvanlı sosial yardım verməkdən imtina edib.
ƏƏSMN məsələyə aydınlıq gətirib. Nazirliyin Bizim.Media-ya ünvanladığı məktubda deyilir ki, Tərtər rayon sakini İntiqam Bəhramov ünvanlı sosial yardımla bağlı müraciət edərkən abonent kodunu düzgün qeyd etməyib:
MÖVZU İLƏ BAĞLI:
Bir uzunqulağa görə sosial yardımdan məhrum oldu – Tərtərdə LƏTİFƏ KİMİ HADİSƏ
“Bu fakt ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilərkən aşkarlanıb. Bu səbəbdən də onun ünvanlı sosial yardımla bağlı müraciətinə imtina cavabı verilib. Vətəndaş bu uyğunsuzluğu aradan qaldırıb yenidən elektron qaydada müraciət edərsə, ailənin ünvanlı sosial yardım almaq hüququna baxıla bilər”.
Surxay Atakişiyev, Bizim.Media