Cəlilabadda torpaq üstündə DAVA DÜŞDÜ – Xəsarət alanlar var 

Cəlilabadda torpaq üstündə DAVA DÜŞDÜ – Xəsarət alanlar var 

Hazırda oxunan: Cəlilabadda torpaq üstündə DAVA DÜŞDÜ – Xəsarət alanlar var 

109864

Cəlilabad rayonunda pay torpağı üstündə düşən mübahisə davaya səbəb olub.  

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Axtaxana kəndində baş verib.  

Belə ki, kənd sakini, V.Sadıqov pay torpağı üstündə yaranan mübahisə zamanı həmkəndlisi E. Məmmədovu döyərək ona xəsarət yetirib.  

E. Məmmədovun qardaşı isə yaranan mübahisə zəminində V.Sadıqovun qardaşı oğlu, 2005-ci il təvəllüdlü A.S-nı döyüb. Hər iki xəsarət alana xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Məsələ ilə bağlı sorğumuza DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hər iki faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.  

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO