Pandemiya ilə bağlı qadınlara qarşı zorakılıq 6,3% artıb

Pandemiya ilə bağlı qadınlara qarşı zorakılıq 6,3% artıb

Hazırda oxunan: Pandemiya ilə bağlı qadınlara qarşı zorakılıq 6,3% artıb

109773

2021-ci ildə respublikada qadınlarla bağlı 5593, o cümlədən zorakılıqla müşayiət olunan 2197 cinayət qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, pandemiya ilə bağlı əksər dünya ölkələrində qadınlara qarşı cinayətlərin sayının artması ölkəmizdə də müşahidə edilib.
Həmin əməllərin, o cümlədən zorakılıqla bağlı olanların sayı 2020-ci illə müqayisədə 6,3% çox olub.

Qadınlara qarşı cinayətlərin 21, 4%-i (5593-dən 1196-sı) və yaxud hər beşincisi qısqanclıq və sair ailə-məişət münaqişələri səbəbindən baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO