Nazir təhsildə aparılacaq islahatların ANONSUNU VERDİ

Nazir təhsildə aparılacaq islahatların ANONSUNU VERDİ

Hazırda oxunan: Nazir təhsildə aparılacaq islahatların ANONSUNU VERDİ

109770

Sertifikasiya yekunlaşandan sonra təhsil işçilərinin digər bacarıqlarının yoxlanılmasına fokuslanacağıq. Məqsədimiz odur ki, sertifikasiyadan keçməyən müəllim şagirdlərə dərs deməsin, amma işdən də çıxmasın.

Bunun öhdəsindən nə qədər gələ biləcəyimizi hesablayırıq.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev suallara cavab verərkən deyib.

Nazir bildirib ki, sertifikasiya imtahanları nəticəsində bir sıra islahatlar həyata keçiriləcək.

Misal olaraq bölgülər olacaq və ona uyğun da əməkhaqları artırıla bilər. “Yəni müəllim həm təhsilverən, həm də metodist kimi əməkhaqqı ala biləcək”, - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO