“Həmin cinayətkar dəstə Keşlədə də fəaliyyət göstərsəydi...”x9d

“Həmin cinayətkar dəstə Keşlədə də fəaliyyət göstərsəydi...”x9d

Hazırda oxunan: “Həmin cinayətkar dəstə Keşlədə də fəaliyyət göstərsəydi...”x9d

109733
“Nardaranda baş verən hadisələr bir çox insanlar tərəfindən yanlış anlaşılır”x9d.xa0

Bunu Moderator.az - a açıqlamasında millət vəkili Aydın Hüseynov Nardaranda baş verənlərlə bağlı danışarkən deyib. Onun sözlərinə görə, söhbət Nardaranda din pərdəsi və ya dini təriqət adı altında cinayətkar dəstənin güc strukturları tərəfindən aşkar edilməsi və zərərsizləşdirilməsindən gedir:xa0

“DİN-nin keçirdiyi əməliyyat nəticəsində Azərbaycan qanunvericiliyinə zidd olan, dövlətçiliyə qarşı olan cinayətkar dəstələr ifşa edilərək zərərsizləşdirilib. Ona görə də hesab edirəm ki, bu hadisədə Nardaranın və nardaranlıların adının hallandırılması düzgün deyil. Həmin cinayətkar dəstə misal üçün Keşlədə də fəaliyyət göstərsəydi, DİN həmin əməliyyatı Keşlədə həyata keçirəcəkdi”x9d.

Millət vəkili bu arada Nardaranda su, işıq və təbii qazın da kəsilməsinin nardaranlılara basqı kimi anlaşılmasına da münasibət bildirib:xa0

“Məsələnin bu cür xa0yansıması düzgün deyil. Hər kəs bilir ki, bu gün kommunal xidmətlərə görə ödəməni vaxtında etmədiyimiz halda hər birimizin evimizə gələn təbii qaz, işıq və su kəsilir. Daha bunu nardaranlılara bir basqı kimi qələmə vermək və xa0Nardaran camaatının kommunal xidmətlərlə mövcud problemini DİN-in orada apardığı əməliyyatla əlaqələndirmək düzgün deyil. Nardaranlılar kommunal borclarını ödədikləri təqdirdə onların problemləri də öz həllini tapacaq”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO