"ASAN xidmət” 60 milyona yaxın müraciət üzrə xidmət göstərib

Hazırda oxunan: "ASAN xidmət” 60 milyona yaxın müraciət üzrə xidmət göstərib

109728

"ASAN xidmət” fəaliyyəti dövründə 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərib.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” beynəlxalq forumun iştirakçılarına müraciətinə qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “ASAN xidmət” brendə çevrilib


"2022-ci ilin dekabr ayında ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamasının 10-cu ilini qeyd edəcəyik. Bu gün “ASAN xidmət” mərkəzlərində – vahid məkanda müxtəlif dövlət qurumları, həmçinin özəl şirkətlər tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir.

Fəaliyyəti dövründə “ASAN xidmət” 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərilməsini təmin etmişdir. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil etmişdir", - müraciətdə vurğulanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO