Müəllimlərin 24 %-i imtahanda minimal bal toplaya bilməyib - RƏSMİ

Müəllimlərin 24 %-i imtahanda minimal bal toplaya bilməyib - RƏSMİ

Hazırda oxunan: Müəllimlərin 24 %-i imtahanda minimal bal toplaya bilməyib - RƏSMİ

109714

“Sertifikasiya imtahanında iştirak edən hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir. İmtahandan keçən müəllimlərin 49 %-nin əmək haqlarına 10 %, 27 %-nin maaşına isə 35 % əlavə olunub”.

Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bununla da ibtidai sinif müəllimlərinin əməkhaqqı əlavə ilə birlikdə, təxminən, 1000 manata yaxınlaşmaqdadır:

“Bu da xüsusilə Azərbaycan kəndlərində çalışan müəllim üçün əladır. Onu da qeyd edim ki, imtahanda iştirak edən hər 4 müəllimdən biri, yəni 24 %-i minimal balı toplaya bilməyib. Yəni onlar ən sadə suallara belə cavab verə bilməyiblər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO