Lökbatan dairəsində yaralananların vəziyyəti AÇIQLANDI 

Lökbatan dairəsində yaralananların vəziyyəti AÇIQLANDI 

Hazırda oxunan: Lökbatan dairəsində yaralananların vəziyyəti AÇIQLANDI 

109709

Xəbər verdiyimiz kimi, Lökbatan qəsəbəsi, Meyvəli bazarının qarşısında sürücü idarə etdiyi “VAZ-2107” markalı avtomobili yüksək sürətlə “MAN” markalı yük maşınına çırpıb. Minik maşınının içərisində olan sürücü və sərnişinlər avtomobildə sıxışıb qalıb. Hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Ağır qəzada yaralananların kimlikləri bəli olub.

Bu barədə informasiyanı Bizim.Media-ya Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Hidayətoğlu verib.
 

MÖVZU İLƏ BAĞLI:

Paytaxtda ağır QƏZA - Ölənlər var


Onun sözlərinə görə, "VAZ-2107" markalı avtomobildə olan sərnişinlər 2001-ci il təvəllüdlü Razi Məmmədzadə və 1997-ci il təvəllüdlü Kənan Allahyarlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Sözçü onların vəziyyətinin ağır olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO