\

\"Uşaqlar imtahanlarda arzu etdiyimiz nəticələri göstərmir\" - Nazir

Hazırda oxunan: \"Uşaqlar imtahanlarda arzu etdiyimiz nəticələri göstərmir\" - Nazir

109708

“Təhsilverənlərin setifikatlaşdırılmasını həm də əməkhaqqı islahatı kimi müzakirə etməliyik. Bu, təkcə təhsilverənlərin keyfiyyətinin yüksəldilməsi islahatı deyil”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, tənqidlər hər zaman olur:

“Biz başa düşməliyik ki, niyə problemlər var. Biz deyirik ki, hər il ikirəqəmli faizlərlə uşaqlar qəbul və buraxılış imtahanlarında bizim arzu etdiyimiz nəticəni göstərmir. Bunun niyəsini tapmaq lazımdır. Biz 30 il ərzində ancaq nəticələr barəsində düşünmüşük. Uşaqlar bizim gələcəyimizdir. Ona görə də məsələnin mahiyyətinə varmağımızda böyük fayda var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO