Paytaxtda ağır QƏZA - Ölənlər var

Paytaxtda ağır QƏZA - Ölənlər var

Hazırda oxunan: Paytaxtda ağır QƏZA - Ölənlər var

109688

Bakının Qaradağ rayonunda ağır yol qəzası zamanı iki nəfər ölüb və ikisi isə yaralanıb.

Bizim.Media xəbər verir ki, Lökbatan qəsəbəsi, Meyvəli bazarının qarşısında qeydə alınan qəzada “VAZ 2107” markalı avtomobili idarə edən sürücü yüksək sürətlə “MAN” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində minik maşını deformasiyaya uğrayıb. İçərisində olan sürücü və sərnişinlər avtomobildə sıxışıb qalıb.

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO