Xızıdakı ağır qəzada yaralananların kimliyi məlum oldu - YENİLƏNİB + ÖZƏL

Xızıdakı ağır qəzada yaralananların kimliyi məlum oldu - YENİLƏNİB + ÖZƏL

Hazırda oxunan: Xızıdakı ağır qəzada yaralananların kimliyi məlum oldu - YENİLƏNİB + ÖZƏL

109264

Xızıda xəsarət alan şəxslərin kimliyi bəlli olub.

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, bunlar aşağıdakılardır:

1. Aynurə Fərman qızı Abbasova - 1978

2. Haşımova Şərqiyyə Həsən qızı - 1978

3. Taibli Sübhani Mirzəağa qızı -1995

4. Minayev Şəhriyar Anar oğlu

Ağır qəzada ölən Elvin Rüstəmov isə Xızının Baxışlı kənd məktəbinin bədən tərbiyəsi dərsinə gəlirmiş .Yaralıların Hamısı Bakı sakinidir. 24 yaşlı Minayev Şəhriyar isə Ağdam rayon sakinidir. 

O, döş qəfəsinin küt travması, daxili qanaxma və kürəyin küt travması dioqnozları ilə Siyəzəndə ilk tibbi yardım göstərildikdən sonra Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib.

09.58***

Bakı-Quba yolunun Xızıdan keçən hissəsində "Dassiya "markalı avtomaşının aşması nəticəsində 2 nəfər ölüb.

Bizim.Media-nın məlumatına görə, qəzaya düşənlər Bakıdan Xızıya idman müəllimi işləməyə gedən idman müəllimləridir.

Hələlik ölən sürücünün kimliyi məlum olub. Belə ki, bu, 1951-ci il təvəllüdlu Abdul Rəsul oğlu Abdulovdur. Ölən digər şəxsin kimliyi araşdırılır.

09.11***

Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində iki nəqliyyat vasitəsi toqquşub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO