Kəlbəcər polisinin 4 sahə məntəqəsi yaradıldı - “Pikap” tipli avtomobil verildi - FOTO

Kəlbəcər polisinin 4 sahə məntəqəsi yaradıldı - “Pikap” tipli avtomobil verildi - FOTO

Hazırda oxunan: Kəlbəcər polisinin 4 sahə məntəqəsi yaradıldı - “Pikap” tipli avtomobil verildi - FOTO

10909

Kəlbəcər rayonu noyabr ayının 25-də işğaldan azad edildikdən sonra Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları daimi dislokasiya yerlərinə qayıdıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dağların qoynunda qərar tutan bu rayonda polis əməkdaşları DİN Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə xidmət aparırlar.

 

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad edilmiş ərazilərə gizli getdilər – Polis saxladı


Rayonda yerləşdirilən şəxsi heyət təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir, əraziyə yalnız xüsusi icazəsi olan şəxslərin buraxılmasını təmin edirlər.

DİN rəhbərliyinin göstərişinə əsasən, polis əməkdaşlarının xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. RPŞ-nin yerləşdiyi inzibati bina əsaslı təmir edilib, səmərəli xidmət üçün zəruri şərait yaradılıb. Növbətçi hissədə və xidməti otaqlarda telekommunikasiya avadanıqları quraşdırılıb.

Bundan başqa, ərazinin çətin relyefi nəzəra alınaraq post-patrul xidməti əməkdaşları avtopatrul hərəkəti üçün yüksəklik şəraitində daha yaxşı manevr imkanlarına malik “pikap” tipli avtomobillə təmin edilib.

PŞ-nin ərazi üzrə 4 sahə məntəqəsi yaradılaraq üzərlərində informasiya lövhələri quraşdırılıb. Rayonun girişində və ərazisində qurulan stasionar postlarda polis əməkdaşlarının rahat və təhlükəsiz xidmət aparması üçün dəmir konstruksiyalı postlar da quraşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO