Bu ərazilərdə qaz təchizatında problem var - SİYAHI 

Bu ərazilərdə qaz təchizatında problem var - SİYAHI 

Hazırda oxunan: Bu ərazilərdə qaz təchizatında problem var - SİYAHI 

108983

Azərbaycanda hava şəraitinin kəskin soyuması bəzi ərazilərdə qazın verilişində problemlər yaradıb.

Bu barədə Bizim.Media-ya "Azəriqaz" İB-dən bildirilib. İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb.

Qəza-bərpa xidmətinin əməkdaşları qeyd olunan rayonlara ezam olunub.

"Abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5 min abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır", - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO