“Məşhəd ziyarətinin dayandırılmasını dəstəkləyirəm” - Seyid Camal Əzimbəyli

“Məşhəd ziyarətinin dayandırılmasını dəstəkləyirəm” - Seyid Camal Əzimbəyli

Hazırda oxunan: “Məşhəd ziyarətinin dayandırılmasını dəstəkləyirəm” - Seyid Camal Əzimbəyli

108779

Sosial şəbəkələrdə təkliflər səslənir ki, İranın ermənipərəst siyasəti və Ermənistana hərbi yardımına etiraz olaraq, Azərbaycan zəvvarları tərəfindən Məşhəd ziyarəti bir il müddətinə dayandırılsın. 

Bizim.Media-ya açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli də bildirir ki, İranın müsəlmanlığa zidd hərəkətlərinə etiraz olaraq soydaşlarımız tərəfindən Məşhəd ziyarətinin müvəqqəti dayandırılmasdı təklifini dəstəkləyir: 

“İran rejimi Azərbaycan torpaqlarını vaxtilə işğal edən Ermənistana 30 ildən artıqdır ki, dəstək verir. Bu gün də həmin dəstəyi, o cümlədən hərbi dəstək formasında davam etdirir. Müqəddəs dəyərlərin istismar olunması prosesinə İran özü start verib. Tehran belədə işğala məruz qalan müsəlman qardaşlarının deyil, qəsbkarın yanında yer alıb və almaqda davam edir. Bu mənada azərbaycanlı zəvvarlar tərəfindən Məşhəd ziyarətinin müəyyən müddətə dayandırılması təklifi etirazın bir forması olaraq qəbul edilə bilər. Qoy İranın ali dini rəhbərliyi görsün ki, Azərbaycan xalqı cənub qonşusunun bu cür riyakar, ikiüzlü davranışından artıq tənə gəlib. 

Adında İslam sözü olan İran müqəddəs dəyərlərə dəyər versəydi, Azərbaycanın vaxtilə zəbt olunan torpaqlarında, məscidlərimizdə, müqəddəs ziyarətgahlarımızda ermənilərin donuz bəsləməsinə etiraz səslərini ucaldardılar. Bu gün də İran sevimli peyğəmbərimizin soyundan gələn İmam Rza dəyərlərini istismar edərək, onu girovluqda saxlamaqla öz maliyyə güclərini artırmaqla məşğuldurlar.
Bu da utanverici haldır. İmam Rza sağ olsaydı Ermənistana dəstək olan İrandakı mərkəzlərə rəhbərlik edənlərə üsyan edərdi”.

Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fikirlərini almaq cəhdimiz isə alınmadı. Gün ərzində dəfələrlə qurumun mətbuat xidmətilə əlaqə saxlamağa çalışsaq da, telefon zəngimizə cavab verən olmadı. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO