Azərbaycan kənardan idarəedilən 4 minatəmizləyən ROBOT ALIB 

Azərbaycan kənardan idarəedilən 4 minatəmizləyən ROBOT ALIB 

Hazırda oxunan: Azərbaycan kənardan idarəedilən 4 minatəmizləyən ROBOT ALIB 

108766

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olarkən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən alınan “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO