Bakı-Quba yolu dekabrın 20-də istifadəyə veriləcək - DEPUTAT

Bakı-Quba yolu dekabrın 20-də istifadəyə veriləcək - DEPUTAT

Hazırda oxunan: Bakı-Quba yolu dekabrın 20-də istifadəyə veriləcək - DEPUTAT

108683

Bakı-Quba yolunun yeniləşən birinci mərhələsi dekabrın 20-də istifadəyə veriləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədrinin müavini Əvəz Qocayevə istinadən millət vəkili Vahid Əhmədov Bizim.Media-ya deyib:

"Sədr müavini telefon danışığında məlumat verdi ki, işlər böyük sürətlə davam edir. 6 briqada gecə-gündüz, növbəlilik əsasında işləyir".

Bu yoldan istifadə edən sürücü və sərnişinlər yolun başa çatdırılmasını səbrsizliklə gözləyirlər. Çünki, dağılmış birtərəfli yolda hər iki istiqamətə hərəkət etmək nəqliyyat vasitələri üçün ciddi çətinlik yaradır.

Hazırda Bakı-Quba yolunun yalnız Bakı istiqamətinə gedən hissəsi təmir olunur. Yolda son tamamlama işləri görülür. Yolun 90 km-lik hissəsi tam asfaltlanıb, təxminən 10 km hissəsinda asfaltlama işləri davam etdirilir. Yola asfalt 4 qat və 29 sm olmaqla aparılır və vurulan asfalt xüsusi texnologiyalar vasitəsilə kipləşdirilir.
Yolda digər işlər -yol nişanlarının qoyulması, yolayrıcların hazırlanması öz sürəti ilə davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO