Şuşada 37 il öncə çəkilən şəkil CANLANDIRILDI - FOTO

Şuşada 37 il öncə çəkilən şəkil CANLANDIRILDI - FOTO

Hazırda oxunan: Şuşada 37 il öncə çəkilən şəkil CANLANDIRILDI - FOTO

108578

Şuşa şəhərində 37 il əvvəl - 1985-ci ildə, Şuşanın işğalından öncə, Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, milli operanın banisi Üzeyir Hacıbəyovun heykəlinin fonunda çəkilən foto Şuşa işğaldan azad olunduqdan sonra canlandırılıb.

Bizim.Media xəbər verir ki, şəkli fotoqraf Elnur Abdulla "Facebook" hesabında paylaşıb. 

Şəkil “Bu torpaqlardan yenə də Üzeyir, Bülbül, Natəvan, Vaqif davamçılarının səsi gəlir! 1985-ci il - Şuşa işğaldan öncə. 2022-ci il - Şuşa işğaldan azad olunduqdan sonra” başlığı ilə paylaşılıb. 

Qeyd edək ki, Ü.Hacıbəyovun heykəli 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılmışdı. Ötən il avqustun 29-da onun heykəlinin açılışı olub. 

Heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO