Ramil Usubov ötən gün Nardaranda baş verən hadisələrə münasibət bildirib

Ramil Usubov ötən gün Nardaranda baş verən hadisələrə münasibət bildirib

Hazırda oxunan: Ramil Usubov ötən gün Nardaranda baş verən hadisələrə münasibət bildirib

108549
Daxili İşlər Naziri Ramil Usubov ötən gün Nardaranda baş verən hadisələrə münasibət bildirib.

Moderator.az xəbər verir ki, nazir hadisənin təfərrüatı ilə bağlı rəsmi qurumların məlumat yaydığını diqqətə çatdırıb.

“Hadisə baş verəndən sonra rəsmi qurumlar cəmiyyətə məlumat verib. Aidiyyatı qurumlar rəsmi açıqlama yayaraq hadisənin təfərrüatlarını ictimaiyyətə açıqladı. Odur ki, bundan başqa əlavə məlumat verilməyəcək”x9d-deyə Ramil Usubov vurğulayıb.

Qeyd edək ki, ötən gün Nardaranda baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlunun II Fəxri Xiyabanda dəfn mərasimi keçirilir. Dəfn mərasimində Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov, Milli Təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Daxili İşlər Naziri Ramil Usubov, Baş Prokurorun müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Vilayət Eyvazov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, general-mayor Yaşar Əliyev və yüksək rütbəli polis zabitləri iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO