Mingəçevirdə ağır qəza: 6 yaralı var

Mingəçevirdə ağır qəza: 6 yaralı var

Hazırda oxunan: Mingəçevirdə ağır qəza: 6 yaralı var

108480

Mingəçevirdə avtomobillər toqquşub, 6 nəfər xəsarət alıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Energetiklər qəsəbəsində baş verib.

Belə ki, "VAZ-2107" və "VAZ-2110" markalı minik avtomobilləri hərəkətdə olan zaman toqquşub.

Nəticədə 6 nəfər - 2010-cu il təvəllüdlü İ.Abdullazadə, 1987-ci il təvəllüdlü Samir Abdullayev, 1975-ci il təvəllüdlü Bayram Quliyev, 1972-ci il təvəllüdlü Elçin Xəlilov, 1972-ci il təvəllüdlü Aydın Əkbərov və 1978-ci il təvəllüdlü Qismət Cəmilov xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO