Metronun çıxışında pul dilənən qazidən AÇIQLAMA – VİDEO

Metronun çıxışında pul dilənən qazidən AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Metronun çıxışında pul dilənən qazidən AÇIQLAMA – VİDEO

108479

Nərimanov rayonunda hərbi formalı və yaxasında medal olan şəxsin pul toplamasını əks etdirən görüntülərlə bağlı xəbər vermişdik.

Sözügedən görüntülərdə bloger Elçin Ləmbəranski hərbi formada olan şəxsin pul toplamasına şərait yaradıb və vətəndaşlara çağırış edib. Dövlət forması olan hərbi geyimdə, şəxsin pul dilənməsi ciddi müzakirələr yaradıb.

Qeyd edək ki, blogerlə qazinin yanında başı qapalı gənc qadının da olduğu diqqətdən qaçmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda özünü qazi kimi təqdim edən şəxs DİLƏNİR – VİDEO


Daxili İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, bloger Elçin Ləmbəranski metronun qarşısına balaca qız üçün keçirilən yardım kampaniyasına qatılmağa gedib. Hərbi geyimdə olan şəxsi isə orada tanıyıb. Hansı ki, həmin şəxs də azyaşlı üçün təşkil olunan yardım kampaniyasında iştirak edib.

Müzakirələrə səbəb olan videogörüntü ilə bağlı Elçin Lənbəranski və hərbi formalı şəxs Bizim.Media-ya açıqlama verib.

Blogerin sözlərinə görə qazini tanımır:

“Mənə zəng gəldi ki, Nərimanov metrosunun çıxışında bir bacımız balası üçün mücadilə aparır, ona dəstək olmaq lazımdır. Bilirsiz ki, mən hansısa formada insanlara kömək olmağa çalışıram. Xəstə balamızın anasının səsinə səs verməyə getmişəm və görmüşəm ki, bu veteran qardaşımız Toğrul da oradadır.

Durdum bacının yanında və çağırış etdim. Veteranımız da mənim kadrlarımda yer alıb. Toğrul qardaşımızı ora mən çağırmamışam. Bu gün müxalif qüvvələr var ki, özlərini vətənsevər kimi göstərir və Azərbaycan qazisinin diləndiyini deyir. Amma Azərbaycan qazisi dövlətimiz tərəfindən evlə, maşınla və digər sosial qayğılarla təmin olunur.

Bəlkə də mənim ora çıxmağım səhvdir. Hətta oradan gedəndən sonra Mələk balamızın anasına zəng etdim ki, sabahdan bu qazi ya formasını dəyişsin, ya da ora çıxmasın. Əgər Toğrul qardaşımız hərbi geyimlə əlaqədar olaraq hansısa qaydaları pozubsa, onun adından dövlətimdən və xalqımdan üzr istəyrəm”.
Qazi Toğrul da azyaşlı Mələk üçün pul yardımına qoşulduğunu qeyd edib:

“Mələk balamız 10 milyon vətəndaşımızdan biridir. Onun könüllüsü, qardaşı kimi dəstək durmuşam. Əynimdəki hərbi geyimlə bağlı ola bilər anlaşılmazlıq olub. Sadəcə oradan keçirdim və Mələk balamıza bir şəkildə dəstək olmaq üçün orada dayanmışam”.

Daxili İşlər Nazirliyindən isə məsələ ilə bağlı saytımıza bildirilib ki, görüntüdə əks olunan şəxslər Nərimanov rayon polis idarəsinə dəvət olunub:

“Həmin şəxslərə hüquqazidd addım atdıqları bildirilərək profilaktik söhbət aparılıb və əməlləri ilə bağlı xəbərdarlıq olunub”.

Alçina Amilqızı, BizimMedia
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO