Artıq bunu “Telegram”da da edə biləcəksiniz - YENİ FUNKSİYA

Artıq bunu “Telegram”da da edə biləcəksiniz - YENİ FUNKSİYA

Hazırda oxunan: Artıq bunu “Telegram”da da edə biləcəksiniz - YENİ FUNKSİYA

108461

Rusiyanın məşhur mesajlaşma platforması “Telegram”da artıq bütün söhbətləri avtomatik silmək imkanı var.

Bizim.Media rus mətbutına istinadən xəbər verir ki, taymer (vaxt –red.) istifadəçilər üçün əlçatan olub, ona görə mesajlar yeni çatlarda avtomatik silinəcək.  

Ümumiyyətlə, seçim əvvəllər yaradılmış dialoqlara və qruplara şamil edilmir, lakin həqiqətən ehtiyacınız varsa, sadəcə parametrlərdən dəyişə bilərsiniz.

Hərəkətlərin sxemi aşağıdakı kimidir: Parametrlər - Məxfilik - Mesajların avtomatik silinməsi.  Aktivləşdirildikdən sonra, yaratdığınız bütün yeni qruplar və şəxsi söhbətlər üçün taymer qurulacaq.
Avtomatik silmə taymerini qurmaq qruplarda daha asan olacaq. Belə ki, onu qrupun adını və şəklini redaktə etməyə icazəsi olan istənilən üzv başlada bilər.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO