Şəmkirdə avtomobil mal-qara sürüsünü vurdu

Şəmkirdə avtomobil mal-qara sürüsünü vurdu

Hazırda oxunan: Şəmkirdə avtomobil mal-qara sürüsünü vurdu

108446

Şəmkirdə heyvan sürüsü 4 nəfərin xəsarəti ilə nəticələnən  yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusun qarşısına mal-qara sürüsü çıxıb. Çətin vəziyyətə düşən mikroavtobusun sürücüsü avtomobili saxlamağa çalışsa da naxırdakı heyvanları vurub. Qəza zamanı "Mercedes Vito"nun sərnişinləri 1978-ci il təvəllüdllü Səbinə Məmmədova, 1980-ci il təvəllüdlü Samirə Məmmədova, 1982-ci il təvəllüdlü Gözəl Məmmədova və 2012-ci il təvəllüdlü Məhsəti Süleymanzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO