Mən necə MTN-in qurbanı oldum?
Və yaxud ANS-də keçirdiyim 10 ay
ANS Televiziyasının bu gün ad günüdü, 24 yaşı tamam oldu və alnına bir qırış da əlavə edildi.
Alın yazıları yəqin belə yazılır”¦xa0
ANS oğlum yaşındadı. Ata oğluna nə arzulayırsa, mən də bu televiziyaya onu arzulayıram. Bu arzular təkcə adi vətəndaşın və bir jurnalistin arzuları deyil, həm də 10 ay anspress-də sözün əsil mənasında külünglə xəbər çıxaran bir əməkdaşın arzularıdı”¦
Arzular isə tükənmək bilmir. İstər o arzular külünglə çıxarılsın, istərsə də past copy edilsin.xa0
İnsan arzularını həyata keçirmək üçün yaşayır, arzusu olmayanın yolu intihara doğrudu”¦
2013-cü ilin noyabrında mənim arzularım azalmışdı, ancaq yolum hələlik intihara doğru getmirdi, “Elmlər Akademiyası”x9d metrosunun yaxınlığında yerləşən “Türkiyəm”x9d kafesinə gedirdi.xa0
Hər gün orda jurnalist dostlarımızla dərdləşirdik və elə söhbət əsnasında anspress-ə redaktor lazım olduğunu öyrəndik.
Və yenidən azrularım göyərməyə başladı, intihar etmək yəqin mənlik deyilmiş”¦
Bu da bir alın yazısıydı”¦
Noyabr ayının 25-də işə başladım, səhərisi gün ANS Televiziyasının 22 yaşı tamam oldu. O vaxtlar o bayramın ab-havası məni qızdırmadı, çünki bir günün içində ANS ailəsinə qoşulmaq çətin idi, hələ yerli-dibli heç kəsi tanımırdım, təkcə qapıların hara açıldığını bilirdim.
Beləcə 10 ay keçdi, ANS-də çoxlarını tanıdım, yeni dostlar qazandım, təkcə qapıların deyil, pəncərələrin də hara açıldığını öyrəndim, redaktor vəzifəsindən növbətçi redaktor vəzifəsinədək yüksəldim.xa0
Ancaq yüksəlmək yəqin elə bura qədərmiş. 2014-cü il sentyabrın 5-də adi bir hadisənin qurbanı oldum. Bölgələrin birində 15 yaşlı uşağın təsadüfən azaraq ermənilərə əsir düşməsi məni işimdən etdi. O xəbəri sayta verdiyimə görə sentyabrın 7-də anspress-in ilk girdiyim qapısından bayıra çıxdım.xa0
Sonradan öyrəndim ki, mənim işdən çıxmağımı MTN-dən hansısa vəzifəli şəxs israr edirmiş. İndi o şəxsin harda olduğunu bilmirəm, ya həbs edilib, ya da iş otağında bu yazını oxuyur. Fərq etməz”¦
Onun nəzərinə çatdırıram ki, Müdafiə Nazirliyinin orqanı olan “Azərbaycan ordusu”x9d qəzetində çalışdığımdan hərbi xarakterli yazıların yayılmasının kurallarını yaxşı bilirdim. O uşaq isə sadəcə mülki şəxs idi, hərbiyə heç bir aidiyyatı yox idi”¦
ANS-çi olaraq məqsədimiz xəbəri dəqiq, qərəzsiz və vicdanlı çatdırmaq idi”¦
”¦Mən çoxdandır ki, “Türkiyəm”x9d kafesinə getmirəm, sadəcə yolum ora çatmır”¦
Bəlkə jurnalist dostlarımızla ora toplaşaq. Və təsadüfən öyrənək ki, ANS Televiyasında hansısa redaksiyada vakant bir iş yeri var.xa0
Yenidən ANS-çi olmaq üçün bu xəbəri çox gözləyirəm.
Əgər bu, mənim alın yazımdısa..
Yazımsa evdə oturub yazdığım bu yazıdı”¦
Elə bunun özü də bir alın yazısıdı”¦
Babək Göyüş






























































































