“Adımın tankerə verilməsi Prezident İlham Əliyevin təşəbbüsü idi” - Xoşbəxt Yusifzadə

“Adımın tankerə verilməsi Prezident İlham Əliyevin təşəbbüsü idi” - Xoşbəxt Yusifzadə

Hazırda oxunan: “Adımın tankerə verilməsi Prezident İlham Əliyevin təşəbbüsü idi” - Xoşbəxt Yusifzadə

108343

“Bu gün özümü adım kimi çox xoşbəxt hiss edirəm. Bu, mənim üçün bir bayram günüdür.

Hörmətli Prezidentimiz İlham Əliyevin mənim adım verilən tankerin istismara verilməsi mərasimində iştirak etməsi mənim üçün böyük bir hədiyyə oldu”.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

Xoşbəxt Yusifzadə bildirib ki, bu tankerə mənim adımın verilməsi Prezident İlham Əliyevin təşəbbüsüdür: 

“Dövlətimizin başçısı 90 illik yubileyimdə bu təkliflə çıxış etdi və bu gün də gəminin suya buraxılması mərasimində iştirak etdi. Ona görə bu gün mənim üçün çox əziz gündür”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO