Piktoqrafiya yaxud poktoqramlar - Bu ən qədim yazı sistemi deməkdir. Belə qədim yazılara Balakəndəki tarixi abidələrdə də rast gəlinir. Amma çox təəssüf ki, baxımsızlıq və məsuliyyətsizlik nəticəsində bu yazılar tamamilə məhv olub gedir.
Piktoqrfiya yazı sistemi ölkəmizdə Qobustan qayaüstü rəsmləri ilə bütün dünya alimlərinin diqqətini cəlb edib. Qobustandan sonra isə pitoqramlara Balakən rayonundakı bir neçə tarixi abidədə rast gəlinib. Onlardan bir neçəsi Katex kəndi ərazisindəki Godobqara məscidinin divarlarında yerləşir.
Bu barədə Bizim.Media-nın yerli bürosuna tarix üzrə fəlsəfə doktoru Akif Məmmdəli məlumat verib.
Akif Məmmədli bildirir ki, ilk yazı növlərindən biri piktoqramdır. Bu, işarə etdiyi bir obyektin və ya anlayışın, fenomenin və ya obyektin tanınan xüsusiyyətlərini nümayiş etdirən xüsusi bir işarədir.
“Nitq və zəkanın inkişafı ilə bir insan, bütün biliklərin yaddaşda saxlanıla bilməyəcəyini anlayır.
Beləcə qohumlar və nəsillər üçün müxtəlif məlumatlar yazmağa imkan verən yazı sistemi yaranıb”- deyə, tarixçi alim qeyd edir.
Bölgənin tarixi abidələrini və etnoqrafiyasını araşdıran Akif Məmmədli Balakənin Katex kəndi ərazisindəki qədim məhəllələrdən birində yerləşən Godobqara məscidinin divarlarında piktoqramların mövcudluğunu bir neçə il əvvəl aşkarlayıb və müvafiq qurumlar qarşısında məsələ qaldırıb.
Bu günlərdə tarixçi-alim yenidən tarixi məkana baş çəkib və gördüklərindən dəhşətə gəlib:
“Tarixi abidənin hazırkı durumu dözülməz haldadır. Ağzınacan mal peyini ilə doldurulub. Bu azmış kimi, məscinin lap yaxınlığındakı məzarın “baş daşının başına gətirilməyən” qalmayıb. Siz bilirsiniz burada Azərbaycan tarixinə necə xəyanət edilir? Piktoqramlar mezolit dövründə (12 min il əvvəl-red) yaradılan ilk-şəkilli yazı növüdür. Bu tarixi sambalı belə məhv etməkmi olar?” - deyə, tarixçi alim aidiyyatı qurumları məsuliyyətsizlikdə ittiham edib .
Akif Məmmədli onu da əlavə edib ki, tarixi abidənin dövlət qeydiyyatına alınması, bərpa və restavrasiya olunması eləcə də piktoqramların nəzarətə götürülməsi ilə bağlı yerli sakinlər bir neçə dəfə aidiyyati qurumlara müraciət ediblər:
“Rayon icra hakimiyyətinin müvafiq komissiyası məsələni araşdıraraq Mədəniyyət nazirliyi qarşısında məsələ qaldırılsa da bu günə kimi nəticə yoxdur. Mən başa düşmürəm, Mədəniyyət nazirliyində oturanlar hansı millətə məxsusdurlar? Bu boyda tarixi faktı xalqımızın xeyrinə çevirməkdənsə, ona xəyanət edərək yer üzündən silmək istəyirlər”.
Xatırladaq ki, bu qədim yaşayış məntəqəsi ölkəmizin ən iri kəndlərindən biridir. Burada bir neçə tarixi abidə yerləşir. Böyük Qafqaz səddi bu kəndin ərazisində keçir. Eləcə də kəndin ərazisində bir neçə bürc-qala bu günümüzə qədər qalır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:10 / 07.12.2022
Mədəniyyət nazirliyində oturanlar kimə xidmət edirlər? – Balakənli alimdən ŞOK İDDİALAR
Hazırda oxunan: Mədəniyyət nazirliyində oturanlar kimə xidmət edirlər? – Balakənli alimdən ŞOK İDDİALAR
Hazırda oxunan: Mədəniyyət nazirliyində oturanlar kimə xidmət edirlər? – Balakənli alimdən ŞOK İDDİALAR
108338
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.