Misirin qazi olduğunu qabardıb onu müdafiə etmək dini spekulyasiyadır – VİDEO

Misirin qazi olduğunu qabardıb onu müdafiə etmək dini spekulyasiyadır – VİDEO

Hazırda oxunan: Misirin qazi olduğunu qabardıb onu müdafiə etmək dini spekulyasiyadır – VİDEO

108335

Xəbər verdiyimiz kimi, Ukraynada həbs edilən Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlıya 8 il həbs cəzası verilib. O, məhkəmənin qərarından narazı qaldığını və sonadək mübarizə aparacağını bildirib. 

Bizim.Media xəbər verir ki, tanınmış jurnalist Aygün Muradxanlı özünün Facebook səhifəsində bununla bağlı paylaşım edib.

O, hadisə, istintaq və məhkəmə haqqında bilgi almaq üçün Kiyevlə əlaqə saxlayıb.

“Misiri müdafiə edənlər erməni faktorunun olduğunu iddia edirlər, amma bu haqda konkret heç nə yoxdur. Fakt isə odur ki, Misir adam oğurluğu, qanunsuz silah gəzdirmədə ittiham edilərək həbs edildi. Girov saxladıqları şəxs İspaniya vətəndaşı olan ərəbdir. Zərərçəkən kimi o tanınıb. Misir və onunla bərabər həbs edilən şəxs kriminal aləmə “dini” qruplaşma ilə çıxıblar. Bu “dini” qruplaşmanın Şimali Qafqaz, yəni Rusiya mərkəzli olduğu deyilir”, deyə jurnalist əlavə edib.

Onun fikrincə, Misirin qazi olduğunu qabardıb onu müdafiə etmək spekulyasiyadır:

“Bu, qaziliyi yox, cinayəti müdafiə etməkdir. Məgər qazilərin cinayət törətmək azadlığı var??? Etməyin.

Övladlarınızı da ”dini” qruplaşmalardan uzaq tutmağa çalışın. Hələlik Azərbaycan hökuməti gənclərimizi ölkədə, kənarda ”din” dəllallarının torundan qorumaq gücündə deyil. Artıq kriminal aləmdə Qulilər, Rövşənlər, Hikmətlər yoxdur - o dönəm qapandı. İndi yeni dönəm başlayıb, “dindar” kriminallar dönəmi. Coğrafiyaları daha böyük, şəbəkələri daha amansız. Bir ucları Səudiyyədə, bir ucları Qumda, Quzey Qafqazda, Maqadanda, İtaliyada, ABŞ-da”.

Aygün Muradxanlı vurğulayıb ki, Ukrayna da onların oylaqlarından biridir:

“Azərbaycan, Gürcüstan əsilli, müsəlman görünüşlü kriminalları Ukraynanın üzərində “halal ət” yazılan kafe-restoranlarında görmək mümkün idi. Bəzisinin əlində təsbeh, bəzisi bığsız saqqallı, kəsikşalvar… hansı türündən desəz. Deməli, Misir də bu qruplaşmaların hanısa tərəfindən ovlanıb”.

O, fikrini “Heyif gəclərimizdən” sözləri ilə yekunlaşdırıb.

Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO