“Apteklərdə dərmanlar xaricdəkindən 5-7 dəfə bahadır” – Deputat 

“Apteklərdə dərmanlar xaricdəkindən 5-7 dəfə bahadır” – Deputat 

Hazırda oxunan: “Apteklərdə dərmanlar xaricdəkindən 5-7 dəfə bahadır” – Deputat 

108138

“Bu gün ölkədə bütün sahələrdə qiymətlər bahadır. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən addımlar atılır, parlament tərəfindən qanunlar qəbul edilir. Amma yenə də bahalaşma fonunda atılan addımlar geridə qalır. Elə məhsullar var ki, onlar vətəndaşlar üçün zəruridir və gərək o məhsulların vətəndaşlar tərəfindən şəxsi istifadəsi üçün gətirilməsinə problemlər yaradılmasın”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında deyib.

Deputat bildirib ki, ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatları alıb gətirir:

“Quru sərhədləri bağlıdır, yalnız hava yolu ilə mümkündür. Niyə bir vətəndaş bir qutudan artıq dərman gətirə bilməz? Vətəndaşın ömürlük, yaxud 3 aylıq, bir illik atacağı dərmanlar var. O vətəndaş digər ölkələrdən gələndə bir neçə aylıq dərmanını alır və zənnimcə düz edir. Nəinki düz edir, vacib olanı edir.
Bunu mən də etmək istəyirəm. Çünki vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə bəzən 5-7 dəfə baha olur. Şəxsən mən xarici ölkəyə gedəndə elə qohum-əqrabamın məndən xahiş etdiyi dərman bir zənbil olur.

O insanları tanıyıram ki, xəstədir, o dərmanlara ehtiyacı var, baha olduğuna görə çatdırıb ala bilmir. Heç vaxt bir qutudan artıq dərman almamışam, çünki narahat olmuşam ki, hava limanında üzümə söz gələr. Amma bu o deməkdir ki, o insan bahalığa görə o dərmanları ala bilmir, bir neçə il ömrü qısaldır. Bu, ürəkağrıdıcı mənzərədir”.

Razi Nurullayev deyib ki, bu problemdən iki çıxış yolu var:

“Ya biz dərmanların qiymətini elə tənizmləməliyik ki, fərq bir dəfə olsun, ya da insanların şəxsi istifadəsi üçün gətirdiyi dərmanların sərhədlərdə yoxlamaya məruz qalaraq müsadirə edilməsinin qarşısını alaq.
İnsan xəstə olduğunu və o dərmanlara ehtiyacı olduğunu belə göstərən zaman güzəşt edilmir. Mən aidiyyəti qurumun əməkdaşlarını qınamıram. Onlar vəzifə borclarını yerinə yetirir. Bu məsələ hökumətlə ciddi müzakirə edilməli və həll yolu qısa zamanda tapılmalıdır. İnsanlara yazıqdır”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO