Dərman qıtlığı parlamentin GÜNDƏMİNDƏ  

Dərman qıtlığı parlamentin GÜNDƏMİNDƏ  

Hazırda oxunan: Dərman qıtlığı parlamentin GÜNDƏMİNDƏ  

108094

“Son zamanlarda ölkəmizdə bəzi dərman vasitələrinin tapılmamamsı problemi yaşanır. Bu da həkimlərə problem yaradır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Rəşad Mahmudov səsləndirib.

“Dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət problemin həllini vacib edir. Bu problemin yaranmasının üç səbəbİ var ki, ikisi bizdən asılı olmayan beynəlxalq səbəblərdir. Digəri isə daxili məsələdir. 
İlk problem pandemiyanın dünya iqtisadiyyatında yaratdığı sıxıntılardır. İkinci vacib məqam, Rusiya-Ukrayna müharibəsinin bu ölkələrdə dərman vasitələrinin idxalında yaratdığı çətinliklərdir. Üçünücü məsələ isə bu dönəmdə çevik reaksiya verən qiymət tənzimləmə mexanizminin olmamamsıdır. Dərman şirkətləri də bu səbəbdən dərman idxalında zərərə düşdüklərini əsas gətirirlər”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO