Ülkər Musazadə: “Artıq məmurların da təlimlərə cəlb olunmasına və maarifləndirilməsinə ehtiyac var”x9d
“Gənclər və idman komitəsinin yarnaması ilə bağlı mən dəfələrlə çıxış etmişəm”x9d. Bunu Moderator.az-a açıqlamasında Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin rəhbəri, 33 saylı Xətai Birinci Seçki Dairəsindən 5-ci çağırış Parlament seçkilərində iştirak etmiş namizəd Ülkər Musazadə Milli Məclisdə yaradılan yeni komitələrlə bağlı danışarkən deyib. Onun sözlərinə görə, əgər bi komitə gənclərlə bağlı həqiqətən də gərəkli addımların atılmasına dəstək verəcəksə, bu komitənin yaradılmasını müsbət hal kimi qiymətləndirmək olar: “Mən bununla bağlı dəfələrlə mətbuatda çıxış etmişəm. Hətta deputat seçildiyim təqdirdə MM-də gənclər komitəsinin yaradılması məsələsi ilə çıxış etmək məsələsi mənim namizədlik platformamın ilk maddələri arasında yer alırdı. Gənclər komitəsinin yaradılması mühüm bir hadisə kimi qiymətləndirilməlidir. Ümidvaram bu komitə gənclərin işlə təminatı baxımından böyük işlər görəcəkdir”x9d.
Ülkər Musazadə eyni zamanda İctimai birliklər və dini qurumlar komitəsinin yaradılması məsələsinə də toxundu: “Bu komitənin yaranmasına o qədər də ehtiyac duyulmurdu. Azay Quliyev bu işin öhdəsindən ustalıqla gəlirdi. Lakin hesab edirəm ki, QHT sektorunda bir qədər dəyişikliklər etməyin zamanı gəlib çatıb. Yəni bu günə qədər qeyri hökümət təşkilatları öz təlimlərini və seminarlarını məhz gənclərin üzərində fokslaşdırırdılarsa, daxildə baş verən son olaylar o təlim və seminarların məhz vəzifəli və kürsülülüərin üzərində fokslanması gərəkdiyini göstərdi. Deməyim ondadır ki, vəzifə səlahiyyətlərini aşmamaq, vətəndaşa qayğı və hörmətlə yanaşmaq, antikarrupsiya, zərərli vərdişlər, sahibkarların və vətəndaşların hüquqlarının qorunması, seçki maarifləndirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə ehtiyac var. Mən Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin rəhbəri olaraq, bu səpkili layihələrin icrasına qarşıdan gələn 5 ildə daha çox diqqət ayıracağıma dair söz verirəm. Ümid edirəm yeni yaranmış İctimai Birliklər və Dini Qurumlar Komitəsi də mənim bu təklifimi olğunluqla qarşılayar. Çünki, əminəm ki, bu gün hər kəs mənimlə razılaşar ki, artıq məmurların da təlimlərə cəlb olunmasına və maarifləndirilməsinə ehtiyac var”x9d.






























































































