Buzovnada qətl törətməkdə şübhəli bilinən şəxs HƏBS EDİLDİ 

Buzovnada qətl törətməkdə şübhəli bilinən şəxs HƏBS EDİLDİ 

Hazırda oxunan: Buzovnada qətl törətməkdə şübhəli bilinən şəxs HƏBS EDİLDİ 

107742

Buzovnada qətl törətməkdə şübhəli bilinən şəxs - Səfərov Nofəl Səfər oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xəzər rayon məhkəməsi qərar çıxarıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 128, 181.3.3 maddələri irəli sürülüb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş prokurorluğun birgə yaydığı məlumatda isə bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib:

"Belə ki, noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə cinayət işi başlanılıb.
Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO