Noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırılma aparılıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov verib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə tələbələr arasında KÜTLƏVİ DAVA – ANBAAN VİDEO
Onun sözlərinə görə, ictimai qaydanı pozan 5 şəxs barəsində müvafiq protokol tərtib olunaraq, Gəncə şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin müvafiq qərarları ilə 2 nəfər 30, 1 nəfər 15, 2 nəfər isə 10 sutka müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.