AQTA-ya yeni mətbuat katibi TƏYİN EDİLDİ

AQTA-ya yeni mətbuat katibi TƏYİN EDİLDİ

Hazırda oxunan: AQTA-ya yeni mətbuat katibi TƏYİN EDİLDİ

107518

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müvafiq əmri ilə qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə yeni təyinat olub. 

Həmin vəzifəyə tanınmış jurnalist İlkin Kərimov təyin edilib. 

İ.Kərimov sözügedən məlumatı Bizim.Media-ya təsdiqləyib.

Qeyd edək ki, 16 ildən artıq jurnalistika təcrübəsinə malik olan İlkin Kərimov “ANS TV”, “ASAN Radio” və digər media qurumlarında müxbir, aparıcı, baş redaktor vəzifələrində çalışıb. 

Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə telejurnalist Aysel Fərziyeva çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO