Məktəblərdə rəhbər vəzifələrə işə qəbul üzrə imtahanın nəticələri AÇIQLANDI

Məktəblərdə rəhbər vəzifələrə işə qəbul üzrə imtahanın nəticələri AÇIQLANDI

Hazırda oxunan: Məktəblərdə rəhbər vəzifələrə işə qəbul üzrə imtahanın nəticələri AÇIQLANDI

107502

Ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə yerli təhsili idarəetmə orqanları tərəfindən keçirilən test imtahanının nəticələri elan edilib. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə keçid balı 21 (hər bölmə üzrə minimum 5 bal olmaqla), direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə keçid balı isə 20 (hər bölmə üzrə minimum 5 bal olmaqla) olaraq müəyyənləşdirilib. 
Qeyd edək ki, müsahibə mərhələsinin dekabrın 5-dən 20-dək keçirilməsi nəzərdə tutulur. Bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO