Qazın təzyiqinin aşağı olması ilə bağlı müraciətlər 4 dəfəyə qədər AZALIB – RƏSMİ  

Qazın təzyiqinin aşağı olması ilə bağlı müraciətlər 4 dəfəyə qədər AZALIB – RƏSMİ  

Hazırda oxunan: Qazın təzyiqinin aşağı olması ilə bağlı müraciətlər 4 dəfəyə qədər AZALIB – RƏSMİ  

107256

“Bu ilin oktyabr ayında mavi qazın təzyiqinin aşağı olması ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin 104 çağrı mərkəzinə 5 mindən artıq abonent müraciət edib. Ötən ilin müvafiq dövründə isə bu müraciət 19 mindən artıq olub”.

Bunu Bizim.Media-ya “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev açıqlayıb.

Onun sözlərinə görə, “Azəriqaz”a təzyiqlə bağlı şikayətlərin sayı 4 dəfəyə qədər azalıb:

“Bu da görülən işlərin müqabilindədir. Biz abonentlərə normal təzyiqli qazı veririk. Təbii ki, xırda və lokal dayanmalar da baş verir. İş gedirsə, əlbəttə ki, sızma halları, bizdən asılı olmayan təbii fəlakət və ya avtomobillərin qəza nəticəsində qaz borularına çırpılması kimi hadisələr baş verə bilər”.
Qazın təzyiqinin kəskin havalarda artırılacağına gəlincə, qurum rəsmisi qazın tələbata uyğun tənzimləndiyini qeyd edib:

“Əgər havalar kəskin soyuyursa, ona adekvat qazın verilməsini də təmin etməliyik. Yox, əgər adekvat olaraq qazın verilişini təmin edə bilməyəcəyiksə, hansı normal xidmətdən söhbət gedə bilər? Hava şəraiti hansı formada dəyişirsə-dəyişsin, abonentləri istənilən səviyyədə qazla təmin etməyə qadirik. Çalışırıq ki, abonentlər istənilən vəziyyətdə bizdən məmnun qalsınlar”. 

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO