LAÇIN YOLU nəzarətə götürülür - “Separatçıların məsələsi bundan sonra həll olunacaq”

LAÇIN YOLU nəzarətə götürülür - “Separatçıların məsələsi bundan sonra həll olunacaq”

Hazırda oxunan: LAÇIN YOLU nəzarətə götürülür - “Separatçıların məsələsi bundan sonra həll olunacaq”

107143

Son həftələrdə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində hərbi aktivliyin artdığı müşahidə olunur. Xüsusilə də, ordumuzun bu istiqamətdə yerləşən mövqelərinin atəşə tutulması artıq mütəmadi hal alıb. 

Sosial şəbəkələrin erməni seqmentində yayılan informasiyalar isə gərginliyin böyüməsi ilə bağlı proqnozları daha da artırır. Xüsusilə də, Qarabağda yaşayan ermənilərin kütləvi silahlandırılması təxribatların baş verməsi ehtimalını ciddi şəkildə ortaya qoyub.

Maraqlıdır ki, artıq xarici mətbuata da Qarabağda növbəti silahlı toqquşmaların baş verməsi mövzusunda iddialar səsləndirilməyə başlayıb. Xüsusilə də, mümkün təxribatlara cavab olaraq Azərbaycanın anti-terror əməliyyatlarına başlayacağıyla bağlı fikirlərə daha çox rast gəlinir.
 

MÖVZU İLƏ BAĞLI:

Laçının azad edilməsinin ildönümüdür


Digər bir ehtimal isə Azərbaycanın Laçın dəhlizini nəzarətə götürməsi yönündədir. Siyasi şərhçilərin qənaətinə görə, Ermənistanı Qarabağın ermənilər yaşayan hissəsi ilə birləşdirən yolda Azərbaycanın nəzarət postları qurması, mümkün təxribat ehtimalını böyük ölçüdə azalda bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Əziz Əlibəylinin sözlərinə görə, danışıqlara dair resurslar tükəndikdə hərbi əməliyyatlar qaçılmaz olur:

“Artıq Rusiyanın da rolu ilə danışıqlara dair resursların tükəndiyi müşahidə olunur. Amma proses birtərəfli deyil. Yəni, danışıqlarda Rusiya, ABŞ kimi üçüncü tərəflər mövcuddur. Bu səbəbdən də Azərbaycan danışıqlar prosesinə kompleks yanaşır. Yəni, Qarabağ məsələsi Ermənistanla sülh müqaviləsinin bir hissəsi kimi görülür. Ona görə də, Azərbaycan əlahiddə hərəkət etmək üçün danışıqlar resuslarının tamamilə tükənməsini gözləyir.

Resursları tükəndirən amillər sırasına Qarabağda yaşayan ermənilərin separatçılar vasitəsilə silahlandırılması, keçid məntəqələrindən qeyri-qanuni istifadə də daxildir. Bu məsələnin həlli üçün Azərbaycan ilk növbədə Laçın dəhlizinə alternativ yolda öz nəzarət sistemini qurmalıdır. Dəhlizin nəzarətə götürülməsi ilə birlikdə bölgəyə qeyri-qanuni daşımaların qarşısını almaq olar. Digər tərəfdən, bölgədəki ruslarla birbaşa toqquşma Azərbaycan üçün arzuolunan deyil”.

Politoloq Azərbaycanın indiki mərhələdə hansı addımı atacağına da diqqət çəkib:

“Azərbaycan 10 noyabr razılaşmasını əsas gətirərək, dəhlizdə nəzarət-keçid məntəqələri yarada bilər. Separatçılarla bağlı məsələ isə birbaşa sülh prosesinin gedişatı ilə bağlıdır. Sülh danışıqları yekunlaşdıqdan sonra bunun da öhdəsindən gəlmək mümkün olacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO