Qaraheybət faciəsinin daha bir ŞƏHİDİ - Onun TALİSMANI “019” idi 

Qaraheybət faciəsinin daha bir ŞƏHİDİ - Onun TALİSMANI “019” idi 

Hazırda oxunan: Qaraheybət faciəsinin daha bir ŞƏHİDİ - Onun TALİSMANI “019” idi 

107139

"Hamı bahar fəslini sevəndə mən payızı sevirdim. Çünki, Ceyhun oktyabrda məni ana etmişdi. Balaca sarışın, qaragözlü bala dünyaya gəlmişdi. Mən ona nadir çiçək kumi baxırdım".

Bu sözləri 2021-ci ilin 30 noyabrında Xızıda baş verən helikopter qəzasında şəhid olan tibb xidməti kapitanı Çeyhun Əhmədxanovun anası Rəqibə Əhmədxanova Bizim.Media-ya oğlu haqqında danışarkən deyib.

Tək oğlunun körpəliyindən, məşğuliyyətindən, uşaqlığından həvəslə danışan Rəqibə xanım onun 33 illlik ömüründə 60 illik insanın həyatını yaşadığını deyir və onunla fəxr edir:

"Çox vətənpərvər oğul idi. Ürəyi çox həssasdı, hamının qeydinə qalmağı bacarırdı. Böyüknən böyük idi, kiçiknən kiçik”.

Ana Ceyhunun texnikanı çox sevdiyini deyir. Oğlunun 019-u talisman seçdiyindən maşınına da bu nömrəni almışdı söyləyir. Ana bildirir ki, şəhid balası telefon nömrələrini də elə o cür seçərdi. Rəqibə Əhmədxanova qəhər boğaraq danışır ki, Ceyhun həyatını texnologiyaya, mexanikaya o qədər vermişdi ki, evlənmək də yada düşmürdü:

"Ceyhunun istədiyi qız yox idi, yaxınlarda biz onu evləndirmək istəyirdik, amma onun sevdiyi qız yoxdu. Bütün gücünü işinə sərf etmişdi, unutmuşdu həyatın başqa tərəflərini".

Rəqibə ana can yanğısı ilə söyləyir ki, payız vermişdi, payız da aldı apardı oğlumu:

"Ceyhun özü ölümün də ən yüksəyini seçdi, şəhidlik zirvəsinə öz şahinliyi ilə bir payız günü ucaldı. Ondan sonra sevdiyim payız məni əbədi qəm yükü ilə yüklədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qoy, onların ruhları ŞAHİN kimi həmişə Vətənimizin göylərində dolaşsın".

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO