Qadınlar ən çox nəyə görə yalan danışır? – Heç kimin boynuna almadığı HƏQİQƏT

Qadınlar ən çox nəyə görə yalan danışır? – Heç kimin boynuna almadığı HƏQİQƏT

Hazırda oxunan: Qadınlar ən çox nəyə görə yalan danışır? – Heç kimin boynuna almadığı HƏQİQƏT

107130

Elm sübut edir ki, qadınlar kişilərə nisbətdə daha çox yalan danışırlar. Britaniyadakı Kembric Universitetinin alimləri tərəfindən aparılan tədqiqat zamanı məlum olub ki, qadınlar təkcə qidalanmaları və yeməkləri ilə bağlı ildə orta hesabla, 474 dəfə yalan danışırlar.

Bununla bağlı ən çox danışdıqları yalan isə "çox az yeyirəm, uşaqların qabağından qalanları yemək məcburiyyətindəyəm", "sadəcə, bir balaca tikə yedim" və s. Özü də belə yalanlar ilk növbədə qadınların özlərini sakitləşdirir.

Bəs, il ərzində qadın neçə yalan danışır?

İngilis alimlərə görə, hər bir qadın bir il ərzində 500-ə yaxın yalan danışır. Və bu yalanların əksəriyyəti yedikləri qida ilə bağlıdır. Psixoloqlar müəyyən ediblər ki, əgər onlar yedikləri ilə bağlı yalan danışmasalar, iki dəfə daha çox arıqlaya bilərlər.

Qadınlar təkcə yeməklə bağlı yalan danışır?

Tanınmış psixoloq Gülnar Orucova Bizim.Media-ya açıqlamasında qadınların tərəf müqabili qarşısında daha çox yalan danışdığını bildirdi:

“Qadınlar daha xəyalpərəst olur. Ona görə də yalanı daha inandırıcı danışa bilirlər. Lakin, heç də bütün kişilər yalanı inandırıcı danışa bilmir. Qadınlar inandırıcı danışdıqları üçün yalanlardan daha çox istifadə edir. Hətta harasa 5 dəqiqə gecikəndə belə yalana əl atırlar. Halbuki, ondan nəyə görə gecikdiyini heç soruşmurlar da”.

Qadınlar eyni yalanı bir cürə, kişilərsə müxtəlif cürə danışırlar

Psixoloq qadınların çox yalan danışmasının səbəbini özünəgüvənsizlikdə görür:

“Kişilərsə özlərinə güvəndikləri üçün az yalan danışırlar. Bəlkə də buna görədir ki, kişilərin danışdıqları yalan inandırıcı olmur. Qadınlarsa kişilərin yalan danışdığını çox asanlıqla tuta bilir. Kişilər yalan şüuraltına oturtmur. İnsan da şüuraltına oturtmadığı şeyi tez unudur. Ona görə də kişilər eyni yalanı müxtəlif cür, qadınlarsa bir cür danışır”.

Yalanı necə müəyyən etmək olar?

Gülnar Orucova deyir ki, yalan danışan adam gərgin olur:

“Rahat dayana bilmir, gözlərini qaçırdır, ovucunun içi tərləyir və sairə. Ona görə də yalan danışanlar bəzən çox tez ifşa olunurlar. 

Qadınlar yalanları əsasən əks cinsin nümayəndəsi qarşısında danışırlar. Çünki, kişilər o qədər qısqanc olurlar ki, qadınlar sadəcə yalan danışmaq zorunda qalırlar. Bilir ki, ən xırda məsələni düzgün dediyinə rəğmən kişi qısqandığına görə onun dediklərinin izini sürdürəcək. Bu da ikili münasibətə xələl gətirəcək. Ona görə də qadınlar bəri başdan çox şeyi yalan danışırlar. Kişilərsə olan şeyin izini itirmək üçün yalan danışırlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO