Yenicə oğlu doğulan ŞƏHİD Vadim Qocayevin ANASI: “Zeyd adını özü seçmişdi”

Yenicə oğlu doğulan ŞƏHİD Vadim Qocayevin ANASI: “Zeyd adını özü seçmişdi”

Hazırda oxunan: Yenicə oğlu doğulan ŞƏHİD Vadim Qocayevin ANASI: “Zeyd adını özü seçmişdi”

107059

Şəhid Vadim Qocayevin ailəsindən xoş xəbər var. Bir neçə gün öncə şəhidimizin oğul övladı dünyaya gəlib.

Xoş xəbərlə bağlı Vadimin anası Xalidə Qocayeva Bizim.Media-ya danışıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Eyni gündə dəfn olunan ata-bala - Tükürpədici faktlar + VİDEO 


“Çox sağ olun, təbrikə görə təşəkkürlərimi çatdırıram. Bu rəhmətliyin ikinci övladıdır. Hilay adlı 1 qızı da yadigar qalıb. Onun 1 yaşı tamam olan günlərdə qardaşı dünyaya gəldi. Artıq adını da qoymuşuq - Zeyd. Adı sağlığında atası seçmişdi. Demişdi ki, oğlum olsa adını Zeyd qoyacam”.

Xalidə xanım onu da əlavə etdi ki, övladları ilə bağlı Vadimin gözəl arzuları vardı:

“Heyf, görə bilmədi. Uşaqları çox sevirdi. Planlar qururdu. Çoxunu bizə demirdi. Alınmadı. Dünyadı, nə edə bilərik... Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vadimimə də həmçinin...”

Qeyd edək ki, Vadim Qocayev bu ilin 12-13 sentyabrında ordumuzun erməni təxribatına qarşı həyata keçirdiyi “Qisas” əməliyyatı zamanı qəhrəmancasına həlak olub.

Oğlunun həlak olduğunu eşidən atası Alik Qocayev də ürəyi partlayıb.

Ata və oğul eyni gündə Qobustan rayonunun Sündü kəndindəki Şəhid Məzarlığında birgə dəfn olunub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO