“Kimin çevrəsi varsa, onun problemləri həll olunur” – Fazil Mustafadan TƏNQİD 

“Kimin çevrəsi varsa, onun problemləri həll olunur” – Fazil Mustafadan TƏNQİD 

Hazırda oxunan: “Kimin çevrəsi varsa, onun problemləri həll olunur” – Fazil Mustafadan TƏNQİD 

106982

“Həmkarım Zahid Oruc qeyd etdi ki, bu gün Murtuza Muxtarov, Hacı Zeynalabdin Tağıyev yaşasa idi, Qarabağa vəsait ayırardı. Düşünürəm ki, ayırmazlardı, necə ayırsınlar?”.  

Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.  

“Çünki sahibkarlarla bağlı minlərlə etiraz müraciətləri var. Onların işləri məhkəmə və icra orqanlarının arasında qalıb. Pandemiya və böhrandan yaranan problemlər də kifayət qədərdir. Bizim qəbul etdiyimiz kiçik və orta biznesə dəstək qanunları isə praktikada işləmir.
Kimin çevrəsi varsa, onun problemləri həll olunur. Bundan əlavə, Ombudsmana yüzlərlə müraciət var. Ombudsman müraciətləri sənədləşdirib müvafiq orqanlara göndərsə də, problem öz həllini tapmır. Ona görə də, ombudsmana geniş səlahiyyətlər verməliyik”, - deyə deputat əlavə edib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO